Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2015

Dövlət Komitəsi QHT Şurası ilə birgə Zaqatalada tədbir keçirib

 “Yeni Fikir” JHİB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin radikal dini meyllərdən və zərərli vərdişlərdən çəkindirilməsi üçün seminarların keçirilməsi” layihəsini Qax, Zaqatala və Balakən rayonlarında həyata keçirir.
Növbəti tədbir Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında keçirilib.  Tədbiri giriş sözü ilə layihənin rəhbəri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı ilə tanış edib. 
Qeyd edib ki, layihə çərçivəsində “Zərərli vərdişlər sosial problemlər törədir” mövzusunda  müzakirələr aparılır, ekspert və mütəxəssislərin fikirləri dinlənilir, iştirakçıların fikirlərinin səslənməsi üçün geniş şərait yaradılır: “Cəmiyyəti narahat edən bu məsələlərin həlli yolları təkliflər halında dinlənilir, iştirakçılar belə halların baş verməməsi üçün öz əhatələrində olan gənclərlə konkret iş aparmağa təşviq edilirlər. Çünk aparılan araşdırmalar onu göstərir ki, hələ də müəyyən qisim gənclər hüquqi biliklərin azlığından, ailə tərbiyəsindəki qüsurlardan, iş tapmaq çətinliyindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün zəruri məlumatlara malik olmamalarından, yerlərdə gənclərlə işin zəif təşkilindən müəyyən zərərli təsirlər altına düşür,  gələcək həyatları üçün doğru olmayan, bəzən də cinayət tərkibli hərəkətlərə yol verirlər. Nəticədə həmən gənclər həm özlərinin gələcəyinə, həm də ailəsinin və kəndinin imicinə zərbə vururlar. Odur ki, bu bölgədə gənclər arasında vətənpərvərlik və dövlətə sədaqət hisslərinin təbliğində maarifləndirici tədbirlərin daha geniş həyata keçirilməsinə ehtiyac var. Bu sahədə dövlət qurumları ilə yanaşı, QHT-lər də fəal iş aparmalıdır”. 
Ekspert, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb regional idarəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov mövzu barədə ətraflı məlumat verib. 
Tələbələr müzakirələrdə fəal iştirak edərək ekspertə müxtəlif suallar ünvanlayıblar.