Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.03.2015

Dövlət Komitəsi Novruz tədbiri keçirib

Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Novruz bayramı münasibətilə tədbir keçirib. Tədbirə Dövlət Komitəsinin rəhbərliyi, Mərkəzi Aparatının və bölgə şöbələrinin əməkdaşları qatılıblar. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Novruz bayramı, onun Azərbaycan xalqının mədəniyyətində və məişətindəki yeri barədə danışıb. Komitə sədri qeyd edib ki,  Novruz həm də yeni ilin gəlişini bildirən bayramdır. Mübariz Qurbanlı bayram münasibətilə xalqımızı, o cümlədən Dövlət Komitəsinin kollektivini təbirk edib, ən xoş arzularını çatdırıb.
Novruz tədbiri bayram şənliyi ilə davam edib.