13.04.2015
Müsabiqəyə təqdim ediləcək məqalələr:
Dövlət Komitəsi müsabiqə elan edir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dini qurumların nümayəndələri arasında “Heydər Əliyev siyasəti və milli-mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsi elan edir.
Müsabiqəyə Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolunu, onun demokratik dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu fəaliyyətini, Azərbaycanın iqtisadi inkişafını, daxili və xarici siyasətini təhlil edən məqalələr göndərilə bilər. Həmçinin əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edən məqalələr də qəbul olunur.
Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak edə bilər:
- Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış dini qurumların nümayəndələri.
Müsabiqəyə təqdim ediləcək məqalələr:
- A4 formatlı, Arial 14 şriftlə yazılmalı və 3-5 səhifədən çox olmamalıdır.
- Daha əvvəl hər hansı bir mətbu orqanda dərc edilməməlidir.
- Məqalələr konkret mövzunu əhatə etməlidir.
- Elektron formatda press@scwra.gov.az ünvanına və ya DQİDK-ya poçtla, eləcə də şəxsən təqdim edilə bilər.
Müsabiqənin mükafat fondu:
- I yer – 500 manat pul və Dövlət Komitəsi tərəfindən diplom.
- II yer – 400 manat pul və Dövlət Komitəsi tərəfindən diplom.
- III yer – 300 manat pul və Dövlət Komitəsi tərəfindən diplom.
- Hər biri 100 manat olmaqla 3 (üç) həvəsləndirici mükafat.
Müsabiqənin müddəti: 19 mart - 25 aprel 2015-ci il
Əlaqə telefonları: (012) 437 31 15 / (012) 492 65 23
E-mail:press@scwra.gov.az, redaksiya@scwra.gov.az / Ünvan: Bakı şəhəri, Əhməd Cavad 12