Şriftin ölçüsü:

Saytın rəngi:

10.12.2013

Dövlət Komitəsi insan hüquqları ilə bağlı 50-ə yaxın tədbir həyata keçirib (FOTO)

 Elşad İskəndərov: “2012-2013-cü il ərzində qadın din və haqları, dini və milli azlıqların, dini icmaların, dini icmaların uşaqlarının, xüsusilə  də kimsəsiz uşaqların hüquqlarının qorunması istiqamətində  50-ə yaxın tədbir həyata keçirib”
 
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT-nin Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 ilinin tamam olması münasibəti ilə “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda konfrans keçirilib. Dövlət Komitəsinin binasında baş tutan konfransda DQİDK-nın sədri Elşad İskəndərov, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, ölkədəki dini konfessiyaların rəhbərləri, dini icma sədrləri və din xadimləri, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.  
Konfransı giriş sözü ilə açan DQİDK sədri Elşad İskəndərov hazırda bütün dünyada, o cümlədən Azərbaycanda 10 dekabr İnsan hüquqları günü kimi geniş qeyd edildiyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri bildirib ki, bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm addımlar atılıb. Dövlət Komitəsinin sədri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində dini icmaların nəinki hüquqlarının qorunması, eyni zamanda dövlət tərəfindən dəstəklənməsi istiqamətində işlərin aparıldığını vurğulayıb. E. İskəndərov bildirmişdir ki, Dövlət Komitəsi 2012-2013-cü illər ərzində insan hüquqları ilə bağlı 50-ə yaxın tədbir həyata keçirib. Əsasən qadın din və haqları, dini və milli azlıqların, dini icmaların, dini icmaların uşaqlarının, xüsusilə də kimsəsiz uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
 
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova çıxışında qeyd edib ki, insan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb. Bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib.
Konfransda ölkədə vicdan azadlığının təmin olunması sahəsində həyata keçirilmiş tədbirlər və dini icmaların insan hüqüqlarının qorunmasında rolu müzakirə olunub.