01.07.2016
“Dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib
İyulun 1-də Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının akt zalında “Dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev bildirib ki,rayon icra başçısının Sərəncamı ilə “Ağstafa rayonunda dini qurumlarla işin aparılmasının təkmilləşdirilməsi barədə” Tədbirlər Planı təsdiq olunub.Sərəncama uyğun olaraq rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini icmalarla işin qanunvericiliyə uyğun təşkili, dini ibadət və mərasimlərin milli-mənəvi dəyərlərimizə və dövlətçilik prinsiplərinə uyğun keçirilməsi,qeyri-ənənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində tədbirlərin icrasına başlanılıb.
Sonra Ağstafa rayon Ağsaqallar Şurasının sədri Firdovsi Heydərli, rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov və İmam Əli adına Ağstafa Cümə Məscidinin axunda Cəmaləddin Ələkbərov çıxış edərək bu sahədə tədbirlərin keçirilməsinin önəmli olduğunu bildiriblər.
Sonra Azərbaycan Respubliksı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.
.png)
.png)
.png)
.png)