Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2019

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zaqatala şəhər Ş.Qurbanov adına  3 №-li tam orta məktəbdə “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, məktəbin direktoru Elmira Hacıyeva, Rayon Gənclər və İdman İdarəsinin müdir müavini Səfər Şabanov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət-din münasibətlərindən danışılıb. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri, törətdiyi fəsadlar və ona qarşı mübarizə üsulları haqqında məlumat verilib, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin, eləcə də elmin, təhsilin əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.