“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir təşkil olunub
Noyabrın 7-də Şuşa Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində “Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülvi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Şuşa Humanitar Kollecinin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə gənclərin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin təsirindən qorunması istiqamətində aparılan maarifləndirmə tədbirlərindən söz açılıb. Dini radikalizmlə mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.




