Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2017

Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu müzakirə edilib

İyulun 11-də Sabirabad rayon  Bulduq kənd məscidi dini icmasında “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyyətli nümayəndəsi Ağakərim Sadıqov, Bulduq kənd məscidi dini icmasının sədri Şamil Həsənov, dini ayinlərin icraçısı Mustafa Mustafayev, dini icma üzvləri, ziyalılar, kənd ağsaqalları, orta məktəb müəllimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sabirabad rayon Bulduq kənd məscidi dini icmasının sədri Şamil Həsənov açaraq, dövlətimizin dinə və dindarlara qayğısından, ölkəmizdə mövcud olan tolerantlıq mühitindən bəhs edib.  Dini icma sədri ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyətinin rolundan danışaraq, bu fəaliyyətin daha da mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşı Elvin İbrahimov bu gün bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra  çıxış edən QMİ-nin Sabirabad rayonu üzrə  səlahiyyyətli nümayəndəsi Ağakərim Sadıqov dini icmaların, dindarların dini radikalizmə qarşı mübarizədə fəallıq göstərmələrinin vacibliyini vurğulayıb. 
Çıxış edən natiqlər dini radikalizmə qarşı mübarizə metodlarından və bu mübarizədə dini icmaların, din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən çap olunmuş ədəbiyyatlar paylanılıb.