Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.10.2017

“Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub

Oktyabrın 16-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Oğuz rayon Tərkeş kənd məscidi dini icmasının “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində ilk dini maarifləndirici tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Tərkeş  kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, Oğuz rayonu Sincan kənd məscidinin imamı Kamal Bəşirov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əlisəfa Dursunov layihə haqqında məlumat verib, keçiriləcək dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev bildirib ki, gənclərin dini radikalizmdən qorunması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması vacib məsələlərdəndir. T.Abdullayev, həmçinin radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində keçirilən dini maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.
Daha sonra Sincan kənd məscidinin imamı Kamal Bəşirov gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib. Həmçinin qeyd edib ki, əgər  din öz məfkurəsindən, elmi izahından uzaqlaşarsa dini radikalizm, yəni dində ifratçılıq yaranar və vətənpərvərllik və milli kimliyimiz unudular.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.