29.05.2018
Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib
Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Maştağa Mədəniyyət Mərkəzində dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşları Faiq Ələkbərov və Aslan Sultanov, Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, QMİ-nin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, eləcə də dövlət qurumlarının əməkdaşları, dini icma sədrləri, məscid imamları iştirak ediblər.
Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov rayon ərazisində dini radikalizmlə bağlı keçirilən tədbirlərdən və dini radikalizmin törədə biləcəyi fəsadlardan söz açıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm, din pərdəsi altında fəaliyyət göstərən qeyri-ənənəvi dini cərəyanların ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş qanunsuz fəaliyyətləri haqqında ətraflı danışıb.
Digər çıxış edənlər respublikadakı dini vəziyyət, dini radikalizmlə mübarizədə qarşıda duran vəzifələr və görüləcək işlərdən bəhs ediblər.
.jpg)
.jpg)
.jpg)
