“Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib
Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şirvanda “Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samit Abıyev, Şirvan şəhərindən olan dindarlar və ağsaqqallar iştirak ediblər.
Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov tədbiri giriş sözü ilə açaraq, dövlətimizin dinə qayğısından, eyni zamanda tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, tarix boyu dünyanın ən tolerant ölkəsi kimi tanınan Azərbaycan həmişə dünya xalqlarına nümunə göstərilib. Azərbaycanın çox konfessiyalı bir ölkə olduğunu diqqətə çatdıran S. Salahlı qeyd edib ki, burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. DQİDK sədrinin birinci müavini onu da vurğulayıb kİ, ölkəmizdə tarixən dini tolerantlıq mədəniyyəti yüksək olub. S. Salahlı Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini xatırladaraq bildirib ki, ölkəmizdə mövcud olan multikultural və tolerant mühit aparıcı yerlərdən birini tutur.Heydər Əliyev məscidində qılınan vəhdət namazından da danışan Komitə sədrinin birinci müavini bunun İslam aləminə bir çağırış olduğunu diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əvəz Mehrəliyev çıxışı zamanı ölkəmizdə dinə dövlət qayğısından bəhs edib.
Tədbirdə çıxış edən digər natiqlər də dinimizə göstərilən qayğıya görə Prezidentimiz İlham Əliyevə təşəkkürlərini bildiriblər.
.jpg)
.jpg)