Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.09.2017

Dini radikalizm və onunla mübarizə üsulları müzakirə edilib

Sentyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “YOX” deyir” layihəsi çərçivəsində “Dini radikalizm və onunla mübarizə üsulları”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Tural Ələkbərov və Fuad Şirinov, Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov, Yevlax Rayon İcra Hakimiyyəti başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədov, Xaldan kənd bələdiyyəsinin sədri Akif Pirməmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Vaqif Xəlilov layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verib, dövlətin dinə göstərdiyi qayğıdan bəhs edib.  
Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizmin fəsadlarından bəhs edərək ona qarşı birlikdə mübarizənin vacibliyini qeyd edib, dini radikalizmin yaranma səbəbləri, yayılma metodları və onunla mübarizə üsulları barədə tədbir iştrakçılarını məlumatlandırıb. Dini radikalizmə qarşı mübarizənin ən effektiv üslu olan dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayan şöbə müdiri bu cür tədbirlərdə daha aktiv iştrak etməyi tövsiyə edib.
Mövzu ilə bağlı Yevlax RİH başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədov və Xaldan kənd bələdiyyə sədri Akif Pirməmmədov çıxış edibər. Çıxış edən natiqlər dini radikalizmin cəmiyyət üçün böyük təhlükə olduğunu vurğulayıb, xüsusilə gənclərin radikal təsirlərdən qorunması üçün maarifləndirmə tədbirlərinin vacib olduğunu qeyd ediblər.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.