06.09.2017
“Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icması tərəfindən “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir” layihəsi çərçivəsində “Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev, Yevlax RİH başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Musayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcma sədri Tofiq Mustafayev dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirən icma sədri, milli-mənəvi dəyərlərimizin təbliğinin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verib, dini maarifləndirmə tədbirlərində təbliğ olunan milli-mənəvi dəyərlərimiz və radikalizmə qarşı mübarizə yollarının dövrümüzdə aktual mövzular olduğunu vurğulayıb. O, bununla yanaşı, Azərbaycan xalqının malik olduğu tolerant, multikultural və həmrəylik dəyərlərinin bu cür tədbirlərdə təbliğinin artırılması vasitəsilə dini radikalizm və ekstremizmin yaranması, həmçinin yayılmasına qarşı effektiv mübarizə aparmağın mümkünlüyünü qeyd edib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)