Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2017

Dini radikalizm milli-mənəvi dəyərlərimizə təhdiddir

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Baltalı kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” layihəsi çərçivəsində Qoxmuq kənd ümumi orta məktəbində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin  əməkdaşları  Elvin Qarayev, Taleh Abdullayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov,  müəllimlər və şagirdlər iştirak ediblər.
Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov tədbiri giriş sözü ilə açaraq tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib.
Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov və Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov dini radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.