Şriftin ölçüsü:

Saytın rəngi:

16.09.2014

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabr ayının 16-da Qubada vətəndaşları qəbul edib. Qəbulda Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də iştirak edib. DQİDK-nın sədri görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar. 
Vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən Mübariz Qurbanlı bu məsələlərin tezliklə həllini tapacağını bildirib.O, şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib.
Sonda vətəndaşların müraciətlərinin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.