Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib. Qəbul zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.