03.06.2016
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Astarada dindarlarla görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astara rayonu Pensər kəndi "Hacı Teymur Cümə" və "Cümə" məscidlərində dini icma sədrləri və dindarlarla görüşüb. Dövlət Komitəsinin sədr müavini Pensər kəndindəki tolerantlığın fərqli məzhəblərin nümayəndələri arasındakı vəhdətə nümunə olduğunu bildirib. S.Heydərov qeyd edib ki, respublikamızda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə örnək ola biləcək bir ölkədir.Görüş zamanı o da bildirilib ki, xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi dəyərlərinə sadiq olması Azərbaycan Respublikasının mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir.
Sonda DQİDK-nın sədr müavini Səyavuş Heydərov hər iki məscidə kitablar hədiyyə edib.


.jpg)
