Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2014

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin Məlumatı

Son günlər elektron mediada Məhərrəm ayı, xüsusilə Aşura günü ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından məqsədli şəkildə bəzi fikirlər yayılıb və həmin fikirlər Dövlət Komitəsinin rəsmi mövqeyi kimi müzakirəyə çıxarılıb. Bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  dqdk@box.az adında elektron poçt ünvanı yoxdur və bu ünvandan media qurumlarına göndərilən elektron məktublar  Dövlət Komitəsinə aid deyil.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və konkret məsələlərlə bağlı mövqeyi barədə informasiyalar Komitənin rəsmi internet saytından – www.scwra.gov.az  və Mətbuat Katibinin elektron ünvanından - press@scwra.gov.az  yayılır. Media qurumlarından xahiş olunur ki, digər elektron ünvanlardan daxil olan və mənbəyi məlum olmayan məlumatları Komitənin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur.
Eyni zamanda bildiririk ki, Dövlət Komitəsi tərəfindən müvafiq araşdırma aparılır və məsələ ilə bağlı zəruri tədbirlər görüləcəkdir.