Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.12.2013

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi və respublikamızın din ictimaiyyəti Prezident İlham Əliyevi təbrik edib

 24 dekabr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi,  dini icmaların və dini konfessiyaların nümayəndələri, ilahiyyatçılar, din xadimləri  adından Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlanıb. Məktubda deyilir:
 
    Möhtərəm cənab Prezident,

Sizə səmimi və xoş arzularımızı yetirərək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və inkişafı, xalqımızın firavanlığı naminə həyata keçirdiyiniz möhtəşəm fəaliyyətdə Uca Yaradandan möhkəm cansağlığı, uzun ömür, bu müqəddəs yolda böyük uğurlar arzulayırıq.
 
Sizin rəhbərliyiniz altında Ulu Öndər Heydər Əliyevin yolu ilə parlaq gələcəyə doğru inamla və sürətlə irəliləyən Azərbaycan həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası sahəsində regionun lider dövlətinə çevrilmiş və dünyada sürətlə inkişaf edən dövlətlər sırasına daxil olmuş, dünya birliyinin layiqli hörmətini qazanmışdır.
 
    Hörmətli Prezidentimiz!
 
Əmin ola bilərsiniz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və respublikamızın din ictimaiyyəti Zati-Alilərinizin həyata keçirdiyi daxili və xarici siyasəti bundan sonra da fəallıqla dəstəkləyəcək, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır!
Zati-Alilərinizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə dəyərli və geniş fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.