25.05.2016
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xızıda tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xızı rayonu Giləzi qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının “İslam narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmağa çağırır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. İcma sədri Vaqif Quliyev tədbiri giriş sözü ilə açaraq layihənin məqsədlərindən danışıb. O qeyd edib ki, narkomaniya və bu kimi zərərli vərdişlər, dini radikalizm mövzuları ətrafında maarifləndirici tədbirlərin keçirilməsi günün tələbidir.
Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov bildirib ki, gənclərin təhsilli, sağlam olması, onların milli –mənəvi dəyərlər ruhunda tərbiyələnməsi dövlətin prioritet hədəfidir. Təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən kompleks tədbirlər bunu deməyə əsas verir.
Tədbirdə iştirak edən Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin əməkdaşı Anar Cəlili və QMİ-nin şimal bölgəsi üzrə qazısı Rauf Sərdarov da mövzu ilə bağlı fikirlərini bildiriblər.
.png)

