01.03.2016
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işi davam etdirilir
Azərbaycan Respublikasının Prezidentinin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı sərəncam paytaxtda və bölgələrdə uğurla icra olunur.
Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabunçu rayonunda yerləşən Sabunçu qəsəbə Cümə məscidi dini icması tərəfindən “İslam bizi vəhdətə səsləyir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Məhəmməd Əsədov, Sabunçu qəsəbə Cümə məscidi dini icmasının sədri Zahir Mehtiyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
***
Martın 1-də Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Cəmiyyətimizin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Milli-dini adət-ənənələrimiz və dini radikalizm” mövzusunda tədbir keçirib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elvin Qarayev, dini icma sədrləri, din xadimləri, gənclər, dindarlar, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, ölkə rəhbərliyi hər zaman dindarlara böyük diqqət və qayğı ilə yanaşır. Məscidlərin vəziyyətinin yaxşılaşdırılması və dindarlara ibadət üçün əlverişli şəraitin yaradılması bunun bariz nümunəsidir.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 29-da Ağdam rayon Zəngişalı kənd məscidində rayon Xındırıstan kənd məscidi dini icmasının “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Zəngişalı kənd bələdiyyəsinin sədri Şahmalı Qəhrəmanov, inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Quliyev, şəhid ailələri, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov bildirib ki, bu tədbir ölkə Prezidentinin Sərəncamına uyğun keçirilir. Ağdam Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Mehman Mustafayev Azərbaycanın Milli Qəhrəmanlarınvə şəhidləri ilə bağlı geniş məruzə ilə çıxış edib. Tədbirdə,həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov, Zəngişalı kənd bələdiyyəsinin sədri Şahmalı Qəhrəmanov, RİH-nın inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Quliyev çıxış edərək, bu cür tədbirlərin keçirildiyi üçün Prezident cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
.png)
.jpg)
.png)
.jpg)
.png)
(1).png)