Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.05.2016

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cəbhə bölgəsində tədbir keçirilib

Ağdam rayonunun Bənövşələr qəsəbəsindəki 2 saylı tam orta məktəbdə mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı"  mövzusunda tədbir keçirilib. Tədbirdə  Ağdam Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov,məktəbin müəllimləri, icra başçısının qəsəbə üzrə nümayəndəsinin müavini Sahib Hüseynov, şəhid ailələri,  icma üzvləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov "İnsan hüquqları  aylığı” mövzusunda keçirilən tədbir  barədə məlumat verib.
Ağdam Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev qeyd edib ki, bu aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Bu aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin  əməkdaşı Vüqar Kərimov öz çıxışında müasir cəmiyyətin əsas sahələrindən biri olan insan hüquqlarının aliliyindən və Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi haqqında tədbir iştirakçılarına məlumat verib.