Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.05.2016

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə maarifləndirmə tədbirləri keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 13-də Qazax rayonu, Daşsalahlı məscidi dini icmasının "Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması" layihəsi çərçivəsində "Dini fanatizmin və xurafatçılığın zərərləri" mövzusunda Qazax rayonu İkinci Şıxlı kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Qazax rayon prokurorunun köməkçisi Nəriman Əsədov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev və Qazax Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər bu cür layihələrin əhəmiyyətini vurğulayıblar. Tədbir iştirakçıları dövlət başçısının ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımının göstərilməsi haqqında Sərəncamını yüksək qiymətləndiriblər və buna görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
                                                   ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Samux rayon Samux şəhər müsəlmanları  dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizidən istifadə” layihəsi çərçivəsində mayın 13-də “Radikalizmin fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Samux rayon Ziyadlı kənd tam orta məktəbində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin əməkdaşı Rövşən Hacıyev, dini icmanın sədri İlham Məmmədov, Samux Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Elnaz Cəfərova, rayon İH-nin əməkdaşı Azər Əhmədov və digər şəxslər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Elnaz Cəfərova DQİDK-nın respublikada dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin əməkdaşı Rövşən Hacıyev, Samux rayon Qarabağ Əlilləri Cəmiyyətinin sədri Mirzəməmməd Orucov və Samux şəhər müsəlmanları  dini icmasının sədri İlham Məmmədov dini maarifləndirmə sahəsində görülən  işlərin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, hər iki tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.