08.06.2016
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 8-də M.Hadi adına şəhər 9 saylı tam orta məktəbində “Vətən sevgisi və vətənpərvərliyin tərənnümü” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin baş məsləhətçisi Cavid Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, şəhər 9 saylı tam orta məktəbin direktoru Xasay İsayev, Psixoloqların dayaq məntəqəsinin sədri Elnarə Yaralıyeva, müəllimlər və orta məktəb şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şəhər 9 saylı tam orta məktəbin direktoru X.İsayev vətənpərvərliyin mahiyyəti, milli-mənəvi dəyərlərimizdəki rolundan bəhs edib.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri R.Rəhimli çıxışı zamanı Azərbaycan gəncliyinin əsas vəzifəsinin Vətəni qorumaq, ona sahib çıxmaqla yanaşı, lazım gələrsə, yolunda şəhid olmağı bacarmalı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Çünki Vətən müqəddəs dəyərlərin yarana biləcəyi məkanın ifadəsidir və hər bir gənc birlik, bərabərlik ruhunda tərbiyə olunmalıdır.
Sonda dini radikalizmlə mübarizədən bəhs edən “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.
.png)
.png)
.png)