Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.06.2016

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşəkilatıçılığı ilə tədbir keçirilib

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin, Qobustan Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı Rayon Şöbəsinin əməkdaşı Ramil Zeynallı, Qobustan rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Dəyanət Rəcəbov, Gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov, “Qobustan” qəzetinin redaktoru Lalə Maksudova, o cümlədən rayon ərazisində mövcud olan orta ümumtəhsil məktəblərinin “Həyat Bilgisi” fənnini tədris edən müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov dini radikalizm və onun fəsadlarından, habelə düzgün maarifləndirmənin uğurlu nəticələrindən bəhs edib.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxışı zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların qarşılıqlı hörmət şəraitində yaşamadığını,respublikamızın tolerantlıq nümunəsinə çevrildiyini bildirmiş, dini radikalizmə qarşı mübarizə üzrə qanunvericilik bazasının mövcudluğunu vurğulayan natiq qanun pozuntularına yol vermiş şəxslərin cəzasız qalmayacaqlarını və məsuliyyətə cəlb ediləcəklərini diqqətə çatdırıb. Dini radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən  danışan Rəhim Rəhimli radikalizmin qarşısının alınmasında təhsilin önəmini qeyd edib.
Sonda dini radikalizmlə mübarizədən bəhs edən “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.