21.05.2016
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadizdə tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində mayın 20-də “Mutikulturalizm ili” çərçivəsində “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyev, Füzuli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayon YAP Gənclər Təşkilatının sədri Tural Nəbiyev, Füzuli rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Füzuli rayonu “Əhli-Beyt məscidi” dini icmasının sədri Rafiq İmanov, Füzuli rayonu Horadiz şəhərinin axundu Nəriman Nəsirov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyev qeyd edib ki, ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.
Füzuli rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və digər natiqlər çıxışlarında bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

.png)
