Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir.
Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Ərizənin surəti;
Əmək kitabçasının surəti;
Ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə);
Kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);
İki ədəd ağ fonlu rəngli fotoşəkil (6x4);
Son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 23 iyul 2018-ci il tarixdən 06 avqust 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində aparılacaqdır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.