Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.07.2014

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə şəhərində iftar süfrəsi təşkil edib (Foto)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Ramazan ayı ilə əlaqədar Gəncə şəhərində səfərdə olub. Səyyad Salahlı burada qərb regionundan olan dindarlarla görüşərək  onlara Dövlət Komitəsi adından dini kitablar təqdim edib. Daha sonra Səyyad Salahlı DQİDK tərəfindən təşkil olunan iftar süfrəsində Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, ağsaqqallar və ziyalılarla görüşüb. İftar süfrəsinə həmçinin Gəncə şəhəri və ətraf rayonların dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları qatılıblar. İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.