Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.07.2021

“Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib

İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, idarənin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, son illərdə dünyada, xüsusilə Yaxın Şərqdə gedən proseslərə nəzər salsaq görərik ki, dinlərarası və məzhəblərarası münasibətlərdə yeni bir gərginlik mərhələsi başlayıb. Bunun müxtəlif səbəbləri olsa da, ən başlıca səbəb münaqişə olan yerlərdə dini təhlükəsizliyin təmin olunmamasıdır. Vaxtilə həmin ölkələrdə dövlət-din münasibətləri sağlam müstəvidə qurulsaydı, dini təhlükəsizlik və multikultural təhlükəsizlik təmin edilsəydi, yəqin ki, bu gün biz tamam fərqli mənzərə ilə qarşı-qarşıya qalardıq.

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev qeyd edib ki, Bu gün dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşıb. Bu baxımdan, Azərbaycan Respublikasında dini təhlükəsizlik məsələləri ölkədə əsrlər boyu xalqlar, ənənəvi din və məzhəblər arasında formalaşmış birgəyaşayış normaları çərçivəsində dini münasibətlər sisteminin qorunmasına yönəldilmiş hüquqi fəaliyyətdir. Biz dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində bütün dünyaya nümunə ola biləcək bir strategiya ortaya qoymuşuq.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.