Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2021

“Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı onlayn tədbir keçirilib

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, tarix boyu Azərbaycanda dini və milli zəmində heç bir problem olmayıb. Azərbaycandakı tolerantlıq və multikultural şəraiti xüsusi vurğulanaraq bildirilib ki, tolerantlıq bu xalqın qanına hopub və heç vaxt, heç bir qüvvə bizi bir-birimizə qarşı qoya bilməz. Azərbaycanda əbədi birlik və vəhdət daim olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında hər dəfə bu məsələyə toxunarkən Azərbaycanı dünyaya nümunə göstərib. Həmçinin vurğulanıb ki, 44 günlük zəfər müharibəsi dövründə də milliyətindən, dinindən və dilindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbəmiz üçün öz töhfəsini verib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.