Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.03.2017

Dini mədəniyyət abidələrimiz erməni vandalizminin qurbanı olub

Martın 31-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Sabunçu rayonu 148 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dini mədəniyyət abidələrimiz və erməni vandalizmi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Pərvin Əlizadə, məktəbin direktoru Esmira Babayeva, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Babayeva erməni qəsbkarları tərəfindən törədilmiş 31 mart soyqırımının Azərbaycan tarixinə qara hərflərlə yazıldığını vurğulayıb, orta məktəblərdə təşkil olunan bu cür maarifləndirici tədbirlərin gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə işğal olunmuş ərazilərimizdə tarixi, dini abidələrimizin dağıdıldığını vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.