Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.11.2017

Dini maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti hesabına noyabrın 30-da Göygöl rayonunda Göygöl şəhər Heydər məscidində Göygöl şəhər Heydər məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır” adlı layihə çərçivəsində “İslam  həmrəyliyi və Azərbaycan”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin  Göygöl şəhər Heydər məscidi dini icmasının sədri Əlaslan Cəfərov, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar şöbəsinin müdür müavini-dini qurumların təşkilatçısı Babək Rəsulov tədbir iştirakçılarını salamladıqdan sonra DQİDK-nın rəhbərliyinə bu kimi tədbirlərin təşkil edilməsinə görə minnətdarlığını bildirib.  
Tədbirdə  ekspert qismində çıxış edəm DQİDK-nin Xarici Əlaqələr şöbəsinin məsləhətçisi Səfər Səfərli çıxışında İslam dininin sülh və mənəvi dəyərlər prinsipini aşıladığını  diqqətə çatdırıb. Həmçinin İslam həmrəyliyinin bütün müsəlman ölkələri üçün zəruri olduğunu qeyd edib, ölkəmizdə bu sahədə görülən mühüm işlərdən danışıb. 
Dini icma sədri Əlaslan Cəfərov İslam Həmrəyliyi İli çərçivəsində Göygöl şəhər Heydər məscidi dini icmasının Göygöl rayonunda bu kimi tədbirləri keçirməkdən məmnunluq duyduqlarını bildirərək Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb.    
Sonda DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırıb.