Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.02.2018

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov və “BP Azərbaycan” şirkətinin əməkdaşları iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov çıxışında bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer olmadığını diqqətə çatdıran natiq İslamın dini ekstremizm kimi hallara alət olunmasının yolverilməz olduğunu və dini radikalizmin milli təhlükəsizliyə təhdid olduğunu, ona qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıların çıxışları dinlənilib.