Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.07.2017

Dini maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 31-də Saatlı rayonu Fətəlikənd “Cümə” məscidi dini icmasında “Tolerantlıq və dini dözümlülük  Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” layihəsi çərçivəsində “Tolerantlıq milli kimliklə vəhdət”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi  humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Selnur Şahmarov, Saatlı rayonu Fətəlikənd “Cümə” məscidi dini icmasının sədri Əmir Əliyev, kəndin inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi Elşən Rəhmanov,  kəndin ağsaqqallar şurasının sədr müavini Məcid Yusifov, A.Çaxoyev adına tam orta məktəbin direktor müavini Usman Aslanov,  dini icmanın üzvləri,  dindarlar,  kənd ağsaqqalları  və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə  açan Saatlı rayonu Fətəlikənd “Cümə” məscidi dini icmasının sədri Əmir Əliyev mövzunun əhəmiyyətindən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətinin dünya dövlətlərinə nümunə olduğunu vurğulayıb.  
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov  çıxış edərək multikulturalizmin Azərbaycan modelindən bəhs edib. Natiq bildirib ki, ölkəmizdə tolerantlıq ənənələri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən inkişaf etdirilib. Bu gün bu strategiya  möhtərəm  Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Fətəlikənd A.Çaxoyev adına tam orta məktəbinin direktor müavini Usman Aslanov Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq şəraitində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.