Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.03.2017

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Martın 30-da Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması tərəfindən “İslam həmrəyliyi-dini vəhdətə çağırış”  layihəsi çərçivəsində “Tolerant cəmiyyət və  dini radikalizm təhlükəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, dini icmanın sədri  Eldar Ömərov, məscidin axundu Ələkbər Muradov, icma üzvləri və qəsəbə dindarları işdtirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri E. Ömərov çıxışında bildirib ki, İslam tolerant olmağı, radikallıqdan uzaq olmağı buyurur. Natiq vurğulayıb ki, İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev qeyd edib ki, tarixi köklərə söykənən dini inanc sistemimiz və müxtəlif dövrlərdə tarixin sınağından keçərək günümüzə qədər qoruyub saxladığımız dəyərlər bizə yad təsirlərə, radikal dini cərəyanlara qarşı mübarizədə qalxan rolunu oynayır. Y. Abdullayev onu da bildirib ki, fanatik, radikal dini düşüncə tərzinə sahib olan, xarici dairələrin ruporu kimi ölkəmizdə fəaliyyət göstərməyə cəhd göstərən dini qurupların fəaliyyəti inzibati yollarla yanaşı, aparılan maarifləndirmə işləri nəticəsində alınır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.