Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2017

Dini maarifləndirmə tədbirləri davam edir

Sentyabrın 20-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının təşkilatçılığı ilə Dağbilici kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərin qorunmasında birgə yaşayışın və həmrəyliyin rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının sədri Şöhrət Babayev və kənd ictimaiyyəti iştirak edib.
Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, dini sahədə ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən tədbirlərin hər birinin məqsədi dindarların hüquqi cəhətdən maariflənməsinə, dövlət-din münasibətlərinin tənzimlənməsinə istiqamətlənib. Bu gün icra olunan maarifləndirmə layihəsinin də əhəmiyyəti bundan ibarətdir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” élan olunub. Bu məqsədlə Dövlət Komitəsi müxtəlif səpkili tədbirlər icra edir. R.Xudayev çıxışında dövlət-din münasibətlərinə toxunaraq deyib ki, Azərbaycanda mövcud olan dini sabitlik dünya dövlətlərinin diqqətini özünə çəkir. Müxtəlif beynəlxalq konfrans və sammitlərdə ölkəmizdəki tolerant mühitdən və həmrəylikdən danışılır, nümunə kimi digər dövlətlərə göstərilir.
Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının sədri Şöhrət Babayev çıxışında dövlətin dini icmalara göstərdiyi qayğıdan, hətta ən ucqar kəndlərdə də insanların dini biliklərinin artırılması istiqamətində görülən işlərdən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.