Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.03.2017

Dini maarifləndirmə tədbirləri davam edir

Martın 10-da Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə məscidi dini icması tərəfindən “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Amal Məlikov, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbirdə Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev dini icmaya göstərilən diqqətə görə dövlət başçısına öz təşəkkürünü bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Amal Məlikov dini radiklaizmlə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti haqqında məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycandakı İslam Həmrəyliyi bütün dünyaya sülh, qardaşlıq və birlik çağırışı kimi qiymətləndirilir.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.