Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2017

Dini maarifləndirmə layihələri uğurla icra olunur

İyulun 11-də Avaş kənd tam orta məktəbində Avaş kəndi “İmam Museyi Kazım” məscidi dini icmasının “Radikal meyillərə qarşı mübarizədə dindarların rolu” adlı layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizin qorunmasında dövlət siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhriyar Şəbiyev, Rayon İcra Hakimiyyəti başçısının Avaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Taleh Orucov, Avaş kənd ”İmam Museyi Kazım” məscidi dini icmasının sədri Fikrət Feyziyev, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin dövlət-din münasibətləri, milli-mənəvi dini dəyərlərin qorunması sahəsində xidmətləri əvəzsizdir.
Yardımlı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhriyar Şəbiyev, RİH başçısının Avaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Taleh Orucov , Avaş kənd “İmam Museyi Kazım” məscidi dini icmasının sədri Fikrət Feyziyev və başqaları çıxışlarında ölkə Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi önəmdən və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıblar.
Natiqlər dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini təyinatlı çap materialları paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.