Şriftin ölçüsü:

Saytın rəngi:

04.06.2013

Dini icmalar uşaq evini ziyarət etdi (Foto)

Aksiyada müsəlman, xristian və yəhudi icmaların nümayəndələri birlikdə iştirak etmişlər

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə mənsub icmaların təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə dini icmaların nümayəndələri Bakı şəhəri Xəzər rayonunda yerləşən “Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzini ziyarət etmişlər. 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə təşkil olunan bu aksiyada müsəlman, xristian və yəhudi icmaların nümayəndələri birlikdə iştirak etmişlər. Ölkəmizdə ilk dəfə keçirilən aksiya uşaq evinin kollektivi tərəfindən müsbət qarşılanmış və bildirilmişdir ki, bu Azərbaycanda mövcud dini tolerantlığın nümunəsidir. Eyni zamanda qeyd edilmişdir ki, müxtəlif dinlərə mənsub icmaların məhz sosial layihələrdə əməli şəkildə bir araya gəlməsi dünyaya örnək ola biləcək addımdır.

Dini icmaların nümayəndələri onların bu təşəbbüsünü dəstəklədiyinə görə Dövlət Komitəsinə və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinə təşəkkür etmişlər.

Qeyd edək ki, tədbirdə dünya şöhrətli fotoqraf Reza Deqati də iştirak etmişdir.