Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə dini icmalar arasında mini futbol turnirinə də start veriləcək. Turnirin əsas məqsədi müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Ümummilli Lider Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir.