Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2017

Dini icmalar ailə dəyərlərimizin təbliğində fəal olmalıdırlar

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayonu Xaldan kənd Cümə məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “YOX” deyir” layihəsi çərçivəsində “Ailənin cəmiyyət və dində yeri”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Xaldan kənd Cümə məscidində keçirilən tədbirdə dini icma sədri Vaqif Xəlilov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Tural Ələkbərov, dindarlar və gənclər iştirak ediblər.
Dini icma sədri çıxışında İslam dinində ailənin müqəddəs məfhum olduğundan bəhs edib, ailə dəyərlərimizin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Mövzu ilə bağlı çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov istər islami dəyərlərdə, istərsə də xalqımızın  milli-mənəvi dəyərlərində ailə münasibətləri, ailədə böyüklərə hörmət, kiçiklərə nəvaziş, bir-birinə dəstək olmaq kimi ülvi dəyərlərin yüksək qiymətləndirildiyini bildirib. Şərqin ayrılmaz hissəsi olan Azərbaycanın Qərbə uğurlu inteqrasiyası çərçivəsində yuxarıda qeyd edilmiş dəyərlərin mükəmməl təbliğatçısı olmasını xüsusi qeyd edib. Bununla yanaşı, R.İbrahimov dini icmaları, din xadimlərini və dindarları dinimizdə mövcud ailə dəyərlərini daha çox təbliğ etmək üçün fəal omağa çağırıb.
Sonda tədbir iştrakçıarının sualları cavablandırılıb, DQİDK tərəfindən nəşr edilmiş dini ədəbiyyatlar paylanılıb.