Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.07.2021

“Dini fanatizmin və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusu müzakirə edilib

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə  “Dini fanatizmin və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə təşkilatçı qurumların nümayəndələri və məktəblilər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan əziyyət çəkir. Bütün bunlar savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür.

Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev qeyd edib ki, günümüzdə bu problemlə mübarizə bütün cəmiyyətin, xüsusilə vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir.

Onlayn konfrans müzakirələrlə davam etdirilib.