Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.07.2017

Dindarlar erməni vandallığını pisləyirlər

İyulun 7-də Sabirabad rayonu “Heydər” məscidində Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin ölümü ilə nəticələnmiş hadisə ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad  rayonu “Heydər” məscidinin axund müavini Yusif Bağırov, dini icma sədrləri və  rayon dindarları iştirak ediblər.
QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov tədbiri giriş sözü ilə açaraq, 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin və mülki obyektlərin atəşə tutulması və  nəticədə Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, digər mülki şəxs Səlminaz Quliyevanın ağır yaralanması barədə geniş məlumat verib.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxış edərək qeyd edib ki, bu faciə  Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı 25 ildən artıq davam edən, minlərlə günahsız insanın həyatına son qoyan  və tarixi, dini və mədəni abidələrimizin tam dağıdılması, yer üzündən silinməsi ilə nəticələnmiş hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamıdır.  
Tədbirdə icma sədrlərindən Zakir Əliyev, Əliqardaş İbrahimov, Əlivan Nuriyev və başqaları bu qanlı hadisəni  qətiyyətlə pisləyib, öz etirazlarını bildiriblər.