Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2017

Dindarlar erməni təxribatını pisləyirlər

İyulun 10-da Göyçay şəhər “Mərkəz” məscidində 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alıxanlı kəndində məskunlaşan mülki əhalinin və mülki obyektlərin atəşə tutulması nəticədə Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, digər mülki şəxs Səlminaz Quliyevanın ağır yaralanması ilə nəticələnmiş hadisə ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Göyçay rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı öz fikirlərini bölüşüb. O, 2 yaşlı məsum bir qızın- Zəhranın ölümünün təkcə Azərbaycan üçün yox, bəşəriyyət, insanlıq üçün faciə olduğunu vurğulayıb.
Daha sonra çıxış edən natiqlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı 25 ildən artıq davam edən, minlərlə günahsız insanın həyatına son qoyan  və tarixi, dini və mədəni abidələrimizin tam dağıdılması, yer üzündən silinməsi ilə nəticələnmiş hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olduğunu qeyd ediblər.  
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin beynəlxalq təşkilatlara və dünya dini liderlərinə ünvanladıqları müraciətin oxunduğu tədbirdə  vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri yad olunub, onların şəninə Quran oxunaraq, ruhları üçün dualar edilib.