Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.09.2020

Din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə  şöbəsinin təşkilatçılığı və Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar rayonlarında fəaliyyət göstərən məscidlərin dini icma sədrləri, din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib.

Çıxış edən din xadimləri və icma sədrləri pandemiya dövründə göstərdikləri fəaliyyət barədə hesabat veriblər. Onlar koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına, Dövlət Komitəsi və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyini digər icma üzvləri və dindarlar arasında təbliğ etdiklərini bildiriblər.

Sonda ümumi dini durum müzakirə edilib və müvafiq tövsiyələr verilib.