Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.08.2020

Din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar rayonlarında fəaliyyət göstərən məscidlərin dini icma sədrləri və din xadimləri ilə onlayn konfrans keçirilib. Tədbirdə, həmçinin DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov və şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Hüsnü Həsənov, QMİ-nin səlahiyyətli nümayəndələri Əvəz Mehrəliyev və Mirseymur Əliyev iştirak ediblər.

Konfransda pandemiya dövründə dini ayinlərin icrası, Məhərrəm ayında, eləcə də Aşura günündə din xadimləri və dini icma sədrlərinin vəzifələri, Dövlət Komitəsi tərəfindən görülən maarifləndirmə işlərindən bəhs edilib.