Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.07.2021

Din xadimlərinin iştirakı ilə onlayn formatda tədbir keçirilib

İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə "Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi”  mövzusunda  onlayn formatda  tədbir  keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov,  Bəhrəm Ədalətoğlu, Sabirabad, Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda milli həmrəyliyin möhkəmlənməsində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq sahəsində də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

O da vurğulanıb ki, Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Azərbaycanda tarixən dinlərin və ayrı-ayrı mədəniyyətlərin, millətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar.