Din xadimləri "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunu müzakirə ediblər
İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunda onlayn formatda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, həmçinin Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dövlət-din münasibətləri, dinə dövlət qayğısı, eyni zamanda məzhəbçiliyin yaratdığı fəsadlara toxunulub. O da bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din sahəsində uğurlu siyasət həyata keçirilir. Azərbaycanda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


