11.08.2021
Din xadimləri "Dini mərasimlər və öhdəliklər" mövzusunu müzakirə ediblər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin və QMİ-nin Salyan rayonu üzrə Qazılığının birgə təşkilatçılığı ilə "Dini mərasimlər və öhdəliklər" mövzusunda onlayn formatda konfrans keçirilib.
Tədbirdə Şirvan şəhəri, Salyan, Neftçala və Hacıqabul rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Aşura mərasimləri ilə bağlı QMİ-nin 09.08.2021-ci il tarixli fətvası diqqətə çatdırılıb. Aşura mərasimlərində, eləcə də digər dini mərasimlərdə müvafiq qərarlara əməl olunmasının vacibliyi vurğulanıb.
Tədbir iştiraçıları maraqlandıran sualların cavablandırılması davam edib.
