Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.08.2021

Din xadimləri “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunu müzakirə ediblər

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunda onlayn formatda konfrans keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, həmçinin Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət yetirilib. Bu gün də ölkəmizdə dini dözümlüyün möhkəmləndirilməsi ölkə rəhbərliyinin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.